Elgiz Mənzurəni görün necə ələ saldı - VİDEO

 

 
 

Müğənni Mənzurə Musayevanı aparıcı Elgiz Əkbər verilişdə ələ salıb.

Axşam.az  xəbər verir ki, aparıcı verilişinə qonaq olan sənətçiyə suallar verməyə başlayıb. Elgizin "Məktəb oxumusan? H2O nədir" sualına Mənzurə belə cavab verib:

"Məktəb oxumuşam, texnikom da bitirmişəm. Amma onu bilmirəm. O sahəni yaxşı oxumamışam, elə-belə gedib gəlirdim. Azərbaycan dili və ədəbiyyatı oxuyurdum. Müəllimim riyaziyyatda mənə mahnı oxutdurub qiymət yazırdı. Evdə pulumu anam saxlayır".

Elgiz daha sonra "Azərbaycan mətbuatının banisi kimdir" sualını ünvanlayıb. Mənzurə isə bilmədiyini söyləyib.

"Bura imtahana gəlmişəm? Dəqiq elmlərə marağım olmayıb. Bilmişəm ki, musiqi sahəsindəyəm" deyə, Mənzurə əlavə edib.

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31