Koronavirusa yoluxduğu üçün öldürülən pişik - FOTO
23 Aprel 2021 15:40 SosialBöyük Britaniyada koronavirusa yoluxan pişik iynə vurularaq öldürülüb.
Olaylar.az xəbər verir ki, 4 aylıq pişiyə COVID-19 ev sahiblərindən keçib. Qısa müddətdə burun və gözündən maye gələn pişik daha sonra nəfəs almaqla bağlı problem yaşayıb.
Vəziyyəti ağırlaşan pişiyi iynə vasitəsilə yatızdırıb öldürüblər.
Qeyd edək ki, 2020-ci il koronavirusun ilk dalğasında Britaniyada iki ev heyvanında sözügedən xəstəlik aşkarlanmışdı. Mütəxəsssislər heyvanların xəstəliyi yüngül keçirdiyini desə də, heyvanların vəziyyəti sonradan pisləşmişdi. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31