Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

Aprelin 9-dan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır."Olaylar" xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat yayıb. Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: "Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31