Bakıda universitet müəllimi onlayn dərs zamanı öldü
8 Aprel 2021 14:18 SosialAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.
Olaylar.az "Reporta"a istinadən xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman 62 yaşında qəfil ürəktutmadan dünyasını dəyişib.
O, doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.
Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31