“Siyavuş Novruzov YAP və Milli Məclisdən qovulsun!” — Canlı efirə içkili çıxmaq qalmaqalı
8 Aprel 2021 13:45 Sosial"YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar".
Olaylar.az "yenisabah.az"a istinadən xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib. O, bildirib ki, S. Novruzovun Müsavat TV-nin efirinə sərxoş çıxması bu addımı zəruri edir:
"Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!
Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və Parlamentin dəyişməz siması olaraq qalacaq!".