Güzgünün qabağında oynayanlar... Aytən Hüseynova YAZIR

Aytən Hüseynova 

Bizim məhəllədə süd,yumurta satan Sara xala var idi ,hər gün səhər saat  7-də onun qapısında əli qablı durardım ki,balaca qardaşıma süd alım,əgər südü vaxtında almasaydım,həm uşaq ac qalardı,həm də mən məktəbə gecikərdim.Odur ki,hamıdan qabaq Sara xalanın qapısında bitərdim.

Qəribə qadın idi Sara xala.. Zahiri görünüşcə də,daima dodaqaltı deyinməsinə görə də küpəgirən qarını xatırladırdı mənə..

Bir dəfə bir az da tez getmişdim ki, məktəbə yubanmayım,çünki məni uşaq bilib önəmsəməz və gec yola salardı,nəticədə mən zəng vurulandan sonra sinfə girmək xəcalətinin yükü altında əzilərdim.

Hə,o gün mən lap erkəndən Sara xalanın qapısındakı heyva ağacına yoldaşlıq edərək" küpəgirən "xalanın təşrif buyurmasını gözləyirdim ki,yuxarı mərtəbədən səs-küy qalxdı..

Gəlinini yamanlayırdı qarı:

-Dəli köpəyin qızı,bütün günü güzgünün qabağında oynayır,işi,gücü yarımcıq qoyub oynayır,calır,oynayır...

Təhqirlər,söyüşlər gəlinin üstünə gülə kimi yağır və mənə də yeli dəyirdi..

Allah var,gəlinin səsi gəlmirdi.

Sonra qarı deyinə-deyinə məni yola saldı..

Söhbətdən bir xeyli kecmişdi,bir dəfə Sara xalanın gəlini bizə anamın adı dillərdə özü əllərdə gəzən qədim tavasını aparmağa gəlmişdi. Bir az söhbətdən sonra gəlinin dərdi acıldı,nə acıldı..

Xeyli qaynanasının arxasınca ,evdəki əzablarından danışdı və dedi:

-Görürəm ki,əsəblərim pozulur,dəli olacam,acığımdan güzgünün qabağında calıb oynayıram....neyniyim, mən də belə sakitləşə bilirəm,yoxsa bu cavan yaşımda dəlixanaya getməyəcəm ki??????????

Bir də M.Şəhriyar yada düşməzmi?

"Mən dəli nay-nay demişəm"

Qeyd:İndi başınıza dönüm,bu zillətdən, müsibətdən,virusdan tutmuş kağız-kuğuza qədər, həyat dolu problemlərdən işdəki problemlərə qədər dolu gündəmdən cıxmaq üçün ya oynanılsın,ya da dəlixanaya yol alınsın..

O ki qaldı sümüyə düşən mahnıya hər kəs öz mahnısını secsin,çünki zövqlər müzakirə edilməz.

O ki qaldı dəli olmağa...Onun yolu birdir..

O yol kiabdal olub düşürsən haqq yoluna .Dönüb olursan dəli....

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31