Olaylar.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi:
E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq: "Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur".