Bütün əsgər balalara MƏKTUB- Bu vətən sizin kimi igidlərdən çox şey gözləyir!

"Əziz balam, bu məktubu Sənə ən gözəl duyğular, qürur, fəxarət və sevgi hissi ilə yazıram.. Oxuyasan deyə..  çatacaqmı sənə ya yox, bilmirəm, amma yenə də yazıram.. hamınıza göndərəcəyim yemək, paltar azuqələri ilə birgə inşallah ki, çatar bu məktub sənə, oğul... İçimdə çəkə bilmədiyim həsrətim, nisgilim, istəklərim var... Qəlbimdə saxladığım, amma hamısını sənə çatdıra bilmədiyim neçə-neçə gözəl düşüncələrim var..

Səndən ilk dəfədir ki, bu qədər uzun müddətliyinə ayrı düşürəm, şirinim.. həyatıma doğan günəşim mənim.. Bu dəfəki gedişin hansısa xarici ölkəyə dost-tanışlarla bir neçə həftəlik istirahət və yaxud iş məzuniyyətlərinə getməyin deyil.. Bu gedişin birdəfəlik də ola bilər, səni bir daha görə bilməməyim var evimin bəzəyi.. yeganə oğlum... Çətindi mənə. Çox çətin.. qarşısı alınmayan vulkansan sanki qəlbimdə...... Hələ lap körpə anların yadıma düşdü səni düşündükcə, o qədər şirin, o qədər canayaxın idin ki, əziz balam.. Körpəliyindən elə özünü sevdirməyi bacardın hamıya.. ağıllı danışıqlarınla, davranışınla, böyük-kiçiyi sayıb hörmət qoymağınla.. Hamı sən olan məclisə gəlmək, səninlə söhbət etməyə tələsərdi.. orda sən vardınsa maraq, həyat eşqi, pozitivlik vardı.. və ən əsası çöhrəndəki təbəssümün heç zaman əskik olmazdı.. Ayrıca da qəşəng bala idin, mənim əvəzedilməzim.. Böyüdün, məktəbə qədəm qoydun.. Oxudun,təhsil aldın.. Eyni zamanda hələ lap uşaqkən idmanla məşğul olmağa başladın, məşqlərin heç birindən qalmadın.. Məktəbi qurtardın, arzuladığın ali məktəbin tələbəsi adını qazandın.. Bu sevinc səninlə yanaşı hamımızın sevinci oldu.. idmanda da uğurların bol oldu, çoxsaylı yarışların qalibi oldun, medallar qazandın, tərifnamələr aldın.. Çox xoşbəxt idik biz.. Zaman zaman həyatda özünü tanımağa başladın, Mən kiməm? Hansı əqidəyə qulluq edirəm? Gələcəyimi necə görürəm? Bu kimi suallara cavab hazırlamağa başladın yaşadıqca bu həyatda.. Daim inkişafda oldun, oxudun araşdırdın.. və.. tərif etdiyim insan Sən idin, OĞUL... SƏN..

Bir valideyn kimi çalışdıq səni yaxşı böyüdək, düzgün tərbiyə verək.. yanlış yoılardan uzaqlaşdıraq.. bir tikə haram loxma keçmədi boğazından, bala.. Beləcə böyüdün Sən.. Yaraşıqlı, telli-toqqalı cavan oğlan oldun.. Əli belində, ağlı başında, qeyrətli, igid oğlan.. Məni heç incitmədin, üzmədin, əziz balam.. Anan qədər qeyrətini çəkdiyin doğma Vətəninin dar gününə biganə qalmadın.. Mənim tərbiyəmi almışdın.. Vətən, torpaq, qeyrət, namus nə deməkdi bilirdin, dəyər verirdin.. Şərəfsiz erməni mənfurlarının ana torpağımızı işğal etməsini bilirdin və hələ uşaqlıqdan deyirdin ki, gedib o zibillərin hamısını qıracam, doğma torpaqlarımın hər bir qarışını onların əlindən alacam.. hamısının qabağından gələcəm.. Bu arzu ilə Sən vaxt- vədə gələndə əsgər olmaq qərarına gəldin, güclü ordumuzun ön sıralarına yazıldın və səninçün, hamı üçün əziz, dəyərli vətən torpaqlarını qorumağa, işğaldan azad etməyə yollandın.. Özünü təklikdə bütöv bir ordu bilirdin, mənim igidim.. Heç nədən və heç kimdən qorxmadın.. erməni şərəfsizlərindən isə əsla! Müzəffər ordumuzun tərkibində Ali Baş Komandanın nəzarəti, diqqət və qayğısı ilə hərbi uğurlara bir-bir imza atırdın.. Səninçün çox darıxsaq da, nəfəsini hiss etməsək də zaman zaman 3-5 dəq-lik telefon zənglərin bizə bir dünya bəxş edirdi.. Səsini eşidirdik, bu bizə bəs edirdi.. Mən əsgər anası olduğuma görə, həm də Sənin kimi igid balanın anası olduğuma görə çoox qürurlanırdım..Alnım açıq, başım dik olub hər zaman mənim.. Sənin kimi oğlum olduğu üçün.. Qamətim şux, yerişim bərk olub mənim.. Sənin anan olduğum üçün.. Nəhayət ki müharibə qurtarmaq üzrədir.. tamam az qalıb.. Vətənimizin çox hissəsi mənfur düşmənlərdən xilas oldu artıq.. Bəlli sayda ərazilərimiz qalıb artıq.. Amma xalqımız millətimiz necə sevindi bu neçə ayda bir bilsən.. neçə neçə üzlər güldü, könüllər sevindi.. Sənin kimi igidlərin, əroğulların sayəsində..

İndi bütün valideynlər kimi biz də Səni səbirsizliklə gözləyirik, oğul.. bəlkə bir neçə günə, bir-iki həftəyə Sən də gələcəksən yanımıza, əziz balam.. Uzun boylu, məsum simalı oğlum mənim.. Yuxularıma da tez tez girirsən son vaxtlar.. deyirsən gələcəm ana..

Səni itirmək istəmirəm mən.. öpmədən yatızdırmadığım, gecələr boyu açıldığında üstünü sakitcə örtdüyüm, canım oğlum.. Səni və əsgər yoldaşlarını Allah saxlasın.. Ürəyimdə qürurumla daşıdığım, nəfəsim oğlum.. inanırsan, Sən gedəndən ən çox sevdiyin pizza və sarıköklü kərəyağılı kartof qızartması bişirmirəm.. Sənsiz onların dadı da yoxdur.. inşallah sağ- salamat gələrsən, ürəyin nə istəyir, bişirib düzəcəm masaya..

Sən yoxsan deyə mavi səmanın, çəmənin, torpağın da rəngi qaçıb yaman, igidim.. Səndən həmişə soruşardım oğlum, nə diləyirsən məndən.. Sən isə cavabında "sağ ol ana, canının sağlığı" deyərdin hər dəfəsində.. indi isə məndən soruşursan.. Anacan, nə arzu edirsən..? Arzum Sənin və silahdaşlarının sağ olmalarıdır.. Arzum sənin hörmət bəslədiyin və daim diqqətini hiss etdiyin komandirlərinin sağlığıdır.. Vətən sağ olsun daşı-torpağı ilə.. Daha nə istəyə bilərəm ki, səndən, oğul..? Unutma! Ürəyində və beynində pis düşüncələrə yer vermə! Əsgər deyə çağiran komandirlərinin hörmətini tut! Torpaqda, daşda bir yerdə yatdığın əsgər yoldaşlarınla, daha doğrusu, can qardaşlarınla gözəl davran! Başın hər zaman uca olsun! Vətənin bölünməzliyi və bütövlüyü üçün orda olduğunu unutma! Yediyin hər tikənin haqqını ver! Necə xoşbəxtsən.. Sən bir əsgər, mən də bir əsgər anasıyam.. sayəndə o şərəfli adı daşıyıram.. Unutma ki, orda, anasiz, atasiz kimsəsiz əsgər yoldaşların da var, gözləyəni olmayan.. Bu vətən sizin kimi igid balalardan çox şey gözləyir! Allaha əmanət olun, balalarım!"

...Bir şəhid anasının oğlu üçün düşündüklərini və söylədiklərini, hiss-həyəcanını yaxından duymaq, işiqlandırmaq istədim.. Şəhid olsalar da, belə igidlərimiz daim könüllərdə, beyinlərdə yaşayacaqlar! Allah hamımıza yar olsun! Amin!

Nuranə  Həmidova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31