Partiya sədri: "Lap nağıllardakı durumla üz-üzəyik"

"Yeni dərs ilinin başlanması yaxınlaşdıqca valideynlər, məktəblilər, tələbələr və əlbəttə ki, müəllimlər təhsil müəssisələrində tədrisin bərpa edilməsi ilə bağlı qərarı səbirsizliklə gözləyirdilər.

"Yeni dərs ilinin başlanması yaxınlaşdıqca valideynlər, məktəblilər, tələbələr və əlbəttə ki, müəllimlər təhsil müəssisələrində tədrisin bərpa edilməsi ilə bağlı qərarı səbirsizliklə gözləyirdilər. Budur, Nazirlər Kabineti yanında Operativ Qərargah rəsmi qərarı elan etdi. Bəlli oldu ki,  təhsil həm əyani, həm də distant formada təşkil olunacaq. Gələn ilin mart ayına qədər teledərslər və "Virtual məktəb" layihəsi də davam etdiriləcək. Valideynlər seçimlərində sərbəstdirlər. Kim istəsə, övladlarını  məktəbə göndərə bilər, buna risk etməyənlər başqa seçim üzərində dayanıb, uşağını onlayn tədrisə cəlb edə bilər". Bunu Olaylar.az-a deyən Yurddaş Partiyasının sədri Mayis səfərli qeyd edib ki, lap  nağıllardakı durumla üz -üzəyik: "Qəhrəman iki yol ayrıcında durub fikirləşir: İşıq gələn istiqamətə, yoxsa səs gələn tərəfə getsin? Bir tərəfdən heç kimi qınamaq olmur. Çətin situasiyadır. Bəşəriyyət çox pandemiyalarla, virus hücumları ilə qarşılaşıb,amma beləsini  görməyib. Vəziyyət hər an müxtəlif istiqamətdə dəyişə bilər.
    Digər tərəfdən, bu sahəyə cavabdeh olan dövlət orqanları belə qərar qəbul etməklə, sanki özlərini baş verə biləcək mümkün acı nəticələrin məsuliyyətindən sığortalayırlar. Bir növ yaxalarını ələ vermək istəmirlər.  Sual olunur: nə baş verə bilər?
    Baxın, mövcud qərara əsasən, ibtidai sinif şagirdləri sentyabrın 15 -dən qısaldılmış həftə proqramı əsasında ənənəvi, yəni əyani təhsilə başlayacaqlar. Statistik məlumatlara görə, bu il məktəbə gedəcək təkcə birincilərin sayı 164,2 mindən çoxdur. (Maşallah olsun!). Bütövlükdə, ibtidai pillə üzrə yarım milyona yaxın şagird dərs ilinin əvvəlindən çantalarını əllərinə alıb məktəbə yollanacaqlar. Şübhəsiz, azyaşlı şagirdlər məktəbə valideynlərinin müşayiəti ilə gedib-gəlirlər.
    Yalnız ibtidailərin dərsə başlaması məktəb yollarında ciddi bir hərəkətliyə səbəb olacaq. Dərs otaqlarında və tənəffüslərdə uşaqların bir mənalı olaraq epidemioloji qaydalara əməl edəcəkləri sual doğurur. Bu yaş kateqoriyasına maskadan istifadə etməmək tövsiyyəsi onların virusdan etibarlı qorunmağının daha böyük sual altında olduğu ehtimalını gücləndirir.
    Sonradan, oktyabrın 2 -dən V- IX siniflərdə təhsil alanların da əyani formada dərslərə başlaması,sözsüz ki,gün ərzində milyonlarla insanların fəal hərəkətlərinə, sosial kontaktların yaranmasına rəvac verəcək.Bu da öz növbəsində,qarşıda yeni kütləvi yoluxmaların mənbəyi ola bilər.
    Karantin tədbirlətinin məqsədi insanların təmaslarını minimuma endirmək, onların bir yerdə toplaşmasını əngəlləmək, hərəkətləri məhdudlaşdırmaq yolu ilə infeksiyanın qarşısını almaqdır. Epidemioloji tələblərə görə,10 nəfərdən çox insanın (məsafə saxlanılsa belə) bir yerə yığışması yol verilməzdir. Məktəblərin həyətində, dəhlizlərində bunun mümkünsüz olduğunu sübut etməyə ehtiyac yoxdur. Məgər bu qərarı qəbul edənlər məktəb illərini belə tezmi unutmuşlar? Mən də valideynəm. Səbirsizliklə pandemiyadan əvvəlki məktəb həyatının bərpa olunmasını gözləyirəm. Nə virtual tədrisin, nə digər formaların ənənəvi təhsilin yerini heç bir vaxt əvəz etməyəcəyinə tam əminəm. Lakin mənim bir məsələdə də əminliyim qətidir : Həyatda hər şey sağlamlığımızdan sonra gəlir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31