Kim Çendən İnanılmaz Qərar

İAmansızlığı ilə tanınan Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün dəhşətli qərar verib.

Amansızlığı ilə tanınan Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün dəhşətli qərar verib.

Olaylar.az xəbər verir ki, Kim Çen In ölkə sərhədlərinə 1 kilometrdən çox yaxınlaşan hər kəsi vurmağı əmr edib.

Çin sərhədi yaxınlığında yaşayan bölgə sakinlərinin sözlərinə görə, Kim Çen Inın əmri koronavirus epidemiyası bitənə qədər qüvvədə olacaq.

Polis bölgə xalqına bildirib ki, koronavirus ölkəmizdən başqa dünyanın hər yerinə yayılıb: "Düşmən virusu sərhədimizdən keçirməyə çalışacaq".

Şimali Koreya ötən aya qədər ölkədə koronavirus olmadığını iddia edirdi. Lakin keçən ay ölkəyə Cənubi Koreyadan gələn şəxsdə virus aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31