İsmayıllıda “Təmizlik günü” keçirilib

İsmayıllı rayonunun bütün yaşayış məntəqələrinin ərazisində növbəti dəfə "Təmizlik günü" keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, aksiyaya qoşulan  100-ə yaxın gənc könüllü İvanovka və Aşıqbayramlı gölünün ətrafında  "Trashtag"  keçiriblər. Gənc könüllülər gölə və gölün ətrafına atılan məişət tullantılarının yığışdırılmasını qarşılarına məqsəd qoyub və buna nail olublar.  Göllərdən və ətraf ərazilərdən ümumilikdə 5 kuba yaxın tullantı yığışdırılaraq texnikaların köməyi ilə ərazidən kənarlaşdırılıb.

Qeyd edəki ki, İsmayıllıda ətraf mühiti qorumaq, eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31