Vüqar Biləcəri dəfn edildi
Meyxanaçı Vüqar Biləcəri son mənzilə yola salınıb.
29 Avqust 2020 14:50 SosialMeyxanaçı Vüqar Biləcəri son mənzilə yola salınıb.
Olaylar.az xəbər verir ki, mərhum Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Meyxanaçı Vüqar Biləcərinin nəşi vida mərasiminin keçirilməsi üçün Biləcəri qəsəbəsindəki evinə gətirilib.
"Report" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, çox sayda pərəstişkarları da iştirak edirlər.
Onun nəşi vida mərasimi başa çatdıqdan sonra Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, V.Biləcəri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2014-cü ildə "De gəlsin" meyxana yarışmasında iştirakı ilə tanınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31