Qondarma respublikanın baş naziri İstefa Verib

Qondarma Cənubi Osetiyanın Baş naziri Erik Puxayev istefa verib.

Qondarma Cənubi Osetiyanın Baş naziri Erik Puxayev istefa verib.

Olaylar.az xəbər verir ki, bu məlumatı "RİA Novosti" agentliyi yayıb. Onun istefasına səbəb qondarma respublikada keçirilən etiraz aksiyaları olub.

Qeyd edək ki, bundan öncə qondarma respublikada genişmiqyaslı etiraz aksiyası keçirilib. Aksiyada etirazçılar Daxili İşlər nazirinə qarşı sui-qəsd şübhəsi ilə saxlanılaraq xəstəxanaya düşən və burada ölən İnal Cəbiyevin ölümünün araşdırılmasını tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31