Dağlıq Qarabağdakı yoluxma halları- Hikmət Hacıyev
Azərbaycanın işğal olunmuş ərazilərində koronavirus tendensiyasının artması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
29 Avqust 2020 12:18 SosialAzərbaycanın işğal olunmuş ərazilərində koronavirus tendensiyasının artması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Bəli, yoluxma hadisələri qeydə alınıb. İşğal olunmuş ərazilərdə yaşayan vətəndaşlar ölkə statistikasında göstərilməlididir. Orada virusla bağlı vəziyyətin ağır olması bilavasitə Ermənistan rəhbərliyinin üzərinə düşür. İşğalçı Ermənistan o ərazilərdə qondarma anım mərasimi keçirirdi və bu mərasim maskasız təşkil edildiyi üçün birbaşa yoluxma hallarına təsir göstərib".