Yerli istehsala 158 milyon manatadək investisiya Yatırılacaq
2020-ci ilin ötən dövrü ərzində isə 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib.
28 Avqust 2020 12:10 Sosial2020-ci ilin ötən dövrü ərzində isə 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, investisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 158 milyon manatadək investisiya yatırılacağı, 1600-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 88%-i regionların payına düşür.Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 66%-i sənaye, 34%-i isə kənd təsərrüfatı sahələri üzrə layihələri əhatə edir.
Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 70 milyon ABŞ dollarına yaxın dəyərdə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 415 təsdiqedici sənəd verilib. Bu təşviq mexanizmlərinin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.