8 ölkə peyvəndi- Birlikdə Hazırlayacaq
Cənubi Amerika ölkələrinin prezidentlərinin və xarici işlər nazirlərinin cümə axşamı onlayın keçirilən görüşündə koronavirusa qarşı peyvəndin əldə edilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
28 Avqust 2020 11:17 SosialCənubi Amerika ölkələrinin prezidentlərinin və xarici işlər nazirlərinin cümə axşamı onlayın keçirilən görüşündə koronavirusa qarşı peyvəndin əldə edilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Çilinin Xarici İşlər naziri Andres Allamand bildirib.
Çili, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Ekvador və Guananın dövlət başçılarının qatıldığı onlayn müzakirə zamanı vaksinin əldə edilməsi istiqamətində səylərin birləşdirilməsinin çox faydalı olacağını vurğulanıb.
Görüşdə tərəflər arasında sözügedən prosesin bir kordinasiyadan idarə olunması ilə bağlı razılıq əldə edilib.