Aşura mədəniyyəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib və məscidlərin fəaliyyəti dayandırılıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib və məscidlərin fəaliyyəti dayandırılıb. 

Olaylar.az bildirir ki, Məhərrəm ayı ərəfəsində din xadimləri, ictimai xadimlər əhaliyə çağırış edir. Onlar koronavirus infeksiyasının yayıldığı dövrdə dini ayinlərin təşkili yolverilməz olduğunu bildirirlər. Qapalı və açıq məkanlarda kütləvi toplaşma virusun yayılmasına təkan verən əsas səbəblərdəndir. Kütləvi tədbirlər xəstəliyın yayılma sürətini artırmaqla ikinci dalğanın başlamasına səbəb ola bilər.

"Sirr deyil ki, Azərbaycan xalqında, xüsusilə inanclı kəsimdə hörmətlə, etiqadla qarşılanan Qurban, Ramazan bayramlarının, eləcə də müqəddəs Məhərrəmlik ayının xüsusi yeri vardır. Eyni zamanda, İslam aləminin müqəddəslik rəmzləri olan bu aylar mənəvi dəyərlərimizə də öz müsbət çalarlarını qatmaqdadır. Lakin pandemiya şəraitində kütləviliyi ilə diqqət çəkən bir sıra tədbirlərlə yanaşı, dini ayinlərin, birgə namazların, ibadətlərin də həyata keçirilməsi üçün məhdudiyyətlər qoyulub. Bu, yalnız bizdə deyil, həm də bütün İslam ölkələrində qəbul olunmuş müvəqqəti məhdudiyyətlərdir".

Sözügedən fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, insanların qapalı məkanda kütləvi toplaşması ilə daha çox yoluxma hallarının baş verməməsi üçün Məhərrəm ayında da müəyyən tətqiblərin reallaşdırılması zəruridir: "Əbəs deyil ki, tibb və səhiyyə alimlərindən, bu sahələrin peşəkar mütəxəssislərindən əlavə, elə dünyanın bir çox tanınmış, nüfuzlu din alimləri də həmin məsələnin vacibliyindən danışırlar. Çünki ortada insan həyatı dayanır və bildiyimiz kimi, insan həyatı dini baxışdan da Allah qatında çox əhəmiyyətli faktor olaraq qiymətləndirilir. Daha dəqiq desək, bir insanın həyatının qorunması, mühafizəsi mühümlük təşkil etməkdədir. Ona görə də, biz daha əvvəl Ramazan bayramında, Qurban bayramında da kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərarların dindar kəsimlər tərəfindən də dəstəkləndiyinin şahidləri olduq.  Digər tərəfdən, hər kəsə aydındır ki, koronavirus pandemiyası ilə əlaqədar məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha yüksəkdir və kütləvilik olan yerdə sanitar-gigiyenik qaydalara da bir o qədər əməl olunmur, müəyyən təhlükələr yaranır. Bu səbəbdən, daha bir xatırlatman da diqqətə çatdırmaq istərdim ki, hətta rəsmi dövlət idarəçiliyi olan İslam ölkələrində belə, Məhərrəmlik ayı ilə bağlı ciddi məhdudiyyətlər qüvvəyə minib. Hətta Həcc ziyarətində də müəyyən qadağalar həyata keçirilməkdədir. Belə olan halda artıq başqa hər hansı fikir, mülahizə yürütmək, məhdudiyyətlərin məhz dini ayinlərə qarşı tətbiq edildiyini iddia etmək düşünürəm ki, yanlış nəticədir. Yəni Azərbaycanda da  Məhərrəmlik ayının daha çox kütləvi şəkildə qeyd olunan Aşura günündə və sonrakı ayinlər zamanı əvvəlki illərdən fərqli olaraq kütləviliklə keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulub".

Baş redaktor əlavə edib ki, sülh və əminamanlıq mücəssəməsi sayılan İslam dininin əsas məramlarından biri də insanları, bəşər övladını birliyə, həmrəyliyə dəvət etmək, mərhəmət və xeyirxah əməllərə çağırmaqdan ibarətdir: "Məhz bu mənadan da çıxış edərək nəticəyə gələ bilərik ki, kütləvi dini ayinləri müxtəlif savab, xeyirxahlıq əməllərlə əvəzləmək mümkündür. Misal üçün,  Aşura günündə xəstələrə yardım məqsədilə Mərkəzi Qan Bankında qanvermə aksiyalarının keçirilməsi, xəstəlikdən əziyyət çəkənlərə həyat verilməsi Allah qatında ən böyük savab, ən yaxşı əməllərdən biridir. Gəlin bu dəfə də həmrəylik göstərərək, xeyirxahlıq əməllərimizi qanvermə aksiyaları ilə davam etdirək. Bu addımlarımızla bizlər dünya insanlarına nümunə və örnək ola bilərik".

"Bildiyiniz kimi Aşura mərasimi xalqımızın milli-mənəvi mədəniyyətində mühüm yerə sahibdir. Çünki Aşura günü Peyğəmbərimizin (s) ən əziz nəvəsi, haqqında "Mən Hüseyndənəm, Hüseyn də məndəndir" dediyi bir şəxsin öz səhabələri ilə birlikdə Kərbəla səhrasında qətliama məruz qaldığı bir gündür. Bu gün bizim mədəniyyətimizdə, ədəbiyyatımızda Kərbəla faciəsi kimi də yad edilir."

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

İbrahim Quliyev qeyd edir ki, Məhərrəmlik mərasimi və ya daha geniş mənada Aşura mədəniyyəti təkcə xalqımızın dini-mənəvi mədəniyyətində deyil, eyni zamanda bütövlükdə maddi-mənəvi mədəniyyəti tarixində də müstəsna yerə və rola sahibdir: "Elə bunu demək kifayətdir ki, məhz məhərrəmlik mərasiminin təşkil edilməsi nəticəsində XIX əsrdə müasir Azərbaycan teatrının təməli atılmış, "şəbeh" adlı dini tamaşalar sayəsində dini teatrın əsası qoyulub.

Xalqımızın istər keçmişi, istərsə də müasir həyatı ilə ciddi bağlılığı olan məhərrəmlik mərasimi, eyni zamanda Azərbaycan mədəniyyəti tarixində mərsiyə janrının təşəkkülü və formalaşmasına rəvac verib. Özündə igidlik, vətənpərvərlik və yüksək döyüş ruhunu əks etdirən mərsiyə ədəbiyyatının Füzuli, Seyid Əzim, Bakıxanov, Dəxil, Zakir, Dilsuz, Raci, Qümri, Sabir, Vahid və adları bura sığmayacaq qədər onlarla nəhəng nümayəndələri vardır. Məhz onların Kərbəla qəhrəmanlarının şücaət və cəsarətləri haqqında yazdıqları şeirlər tarix boyu vətənimizin keşiyində dayanmış igidlərimizə ilham mənbəyi olub.

Aşura mədəniyyətinin müasir yeniyetmə və gənclərimiz üzərindəki müsbət təsirini inkar etmək sadəlövhlik olardı. Buna görə də indiki müharibə şəraitində bu İlahi mədəniyyətin yeniyetmə və gənclərimizə doğru-dürüst şəkildə çatdırılmasını təmin etməli, onların İmam Hüseyn (ə) və onun qiyamının mahiyyəti haqqında əsaslı şəkildə maariflənmələrinə və qiyamın mahiyyətini düzgün dərk etmələrinə yardımçı olmalıyıq."

İbrahim Quliyev Aşura mədəniyyəti geniş şəkildə təbliğ edilməli, lakin təbliğat zamanı hər növ təhrif və xurafatdan çəkinməli, İmam Hüseynin (ə) qiyamının məğzinə xələl gətirən, habelə sənədləri sübut olunmamış rəvayətlər bu mövzuda söylənən moizə və xütbələrdə deyilməməli olduğunu bildiri:

"Aşura mədəniyyəti indiki şəraitə uyğun olaraq mərasim və toplu şəklində deyil, müxtəlif üsullarla (məqalələr çap etdirmək, videokonfranslar təşkil etmək, videoçarxlar hazırlamaq, müxtəlif sosial şəbəkələrdə çıxışlar etmək və s.) təşkil edilməli və hər növ qanuni vasitə ilə sözügedən mədəniyyətin təbliğinə rəvac verilməlidir.

Gəlin unutmayaq ki, həzrət Məhəmməd (s) "Həsən və Hüseyn mənim iylədiyim iki reyhanımdır", - deyə buyurmaqla biz müsəlmanları onlara qarşı biganə qalmaqdan çəkindirmiş və gül-çiçəyə göstərilən diqqət qədər onlara qarşı diqqətli olmağımızı bizdən tələb etmişdir.

Bu ayda məhərrəmlik ab-havasına bürünmək, hər növ əyləncə və şadlıqlardan çəkinmək Əhli-beytin (ə) tutduğu yoldur. Bu yolla getmək dinimizin bizə tövsiyəsidir. Necə ki, bu məqamı böyük mütəfəkkir-şair Məhəmməd Füzuli aşağıdakı şeirində bildirmişdir:

Mahi-Məhərrəm оldu məsərrət həramdır,

Matəm bu gün şəriətə bir еhtiramdır.

Təcdidi-matəmi-şühəda nəfchr("39")siz dеgil,

Qəflətsərayi-dəhrdə tənbihi-ammdır.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, son zamanlar bir çox ölkələrlə yanaşı, bizim də ölkəmizdə koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülmüşdür. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrdən sonra kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə dini ayin və mərasimlərin, o cümlədən məhərrəmlik və Aşura mərasiminin təxirə salınmasını məqsədəuyğun hesab etmişdir. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Həyat və sağlamlığı təhlükəyə atmaq dinimiz tərəfindən də qadağan edilib. Allah taala "Bəqərə" surəsinin 195-ci ayəsində "Öz əlinizlə özünüzü təhlükəyə atmayın", - deyə buyurmaqla həyat və sağlamlığımızın keşiyində durmağı bizə əmr edib."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31