Anar Kərimov karantin qaydalarını pozdu? - FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

Olaylar.az Bakıpost.az-a istinadən xəbər verir ki, abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə karantin qaydaları pozulub.

Fotodan görünür ki, həm Anar Kərimov, həm də qonaqlar maska taxmayıblar.

Mədəniyyət Nazirliyindən bildirlib ki, görüş zamanı maskadan istifadə edilib:

"Sadəcə, şəkil çəkiləndə görüşən şəxslərin kimliyi tam görünsün deyə, maska çıxardılıb. Foto çəkiləndən sonra maska taxıb, müzakirəyə davam ediblər".

Qeyd edək ki, fotoda masanın üzərində və qonaqların əllərində maska olduğu görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31