Polis paytaxtda əməliyyat keçirdi
Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.
26 Avqust 2020 10:51 SosialBakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb. "Olaylar"ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.
Eyni zamanda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb. Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31