Bu tarixdən idman zalları açılır- AÇIQLAMA
Xəbər verdiyimiz kimi artıq bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb, bu ölkələrdə pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib.
25 Avqust 2020 15:39 SosialXəbər verdiyimiz kimi artıq bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb, bu ölkələrdə pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib. Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən idman zalları açılacaqmı?
Olaylar.az xəbər verir ki, bu barədə Sonxeber.az-a ATU-nun həkimi Ədalət Rüstəm və deputat Aydın Hüseynov açıqlama veriblər.
Həkim Ədalət Rüstəm bildirib ki, koronavirusa qarşı davranış qaydalarının tətbiq oluna biləcəyi bütün müəsissələr həmçinin idman zaları açılmalıdır:
"Ancaq sosial məsafənin saxlanılması mümkün olmayan bəzi idman zallarında tədris olunan idman növlərinin keçirilməsi risqlidir.
Necə fəaliyyət göstərə bilərlər? İlk növbədə zalda məşq edənlərin sayını azaltmaq lazımdır. Daha sonra idman zallarında məşq alətləri və insanlar arasında 1-2 metr ara məsafəsi qoyulmalıdır. Məşq alətlərinin yanında dezinfeksiyaedici maddələr olmalı hər insan məşq etmədən öncə əllərini spirtləməlidir. Ümumilikdə bu kimi qaydalara əməl etməklə idman zalları açılmalıdır. Çünkü idmanla məşğul olmaq insanlarda müsbət mənada psixolji bir dəyişiklik yaradacaq. Digər tərəfdən sağlam bədənləri olmaqla yanaşı pis vərdişlərdən də uzalaşmaq imkanları olacaqdır."
Deputat Aydın Hüseynov isə bütün mənalarda idman zalarının və digər müəssisələrin açılmasını mərhələlərlə açılmalı olduğunu bildirib.
"Bu yerlərin açılması və burada kütləvi şəkildə insanların olması koronavirusa yoluxma sayına ciddi təsiri ola bilər. Mən hesab edirəm ki, bütün mənalarda idman zallarını və digər müəssələrin açılmasını mərhələlərlə etmək lazımdır. Bunu üçün qaydalar və bu qaydalara ciddi nəzarət təşkil olunmalıdır. Misal olaraq, açılan idman zalarında koronavirusa qarşı mübarizə vasitələrindən istifadə edilməlidir. Zallarda məşq edən insanların sayı azaldılmalı və sosial məsafə qorunmalıdır. Bu qaydalara ciddi şəkildə əməl və nəzarət etməklə idman zallarının fəaliyyəti mümkündür".