Eldar Həsənovun işi Baş Prokurorluğa göndərildi
Bir müddət öncə həbs olunmuş sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun barəsindəki cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətindəki (DTX) işlərdən ayrılaraq prokurorluğa göndərilib.
25 Avqust 2020 13:20 SosialBir müddət öncə həbs olunmuş sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun barəsindəki cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətindəki (DTX) işlərdən ayrılaraq prokurorluğa göndərilib."Olaylar" xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov məlumat verib. Vəkil qeyd edib ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX İstintaq İdarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib:"Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb".
Baş Prokurorluq faktı təstiqləyib. Qurumdan bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı məlumat düzgündür: "Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır". Qeyd edək ki, E.Həsənov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.