I və IV qruplar üzrə testlərin izahı Açıqlandı
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb.
25 Avqust 2020 12:41 SosialDövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb. Mərkəzdən "Olaylar"a verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər. İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytından əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).