Parlamentdə ilk dəfə olaraq gender bərabərliyi ilə bağlı hesabat dinləniləcək
Bu il Milli Məclisin payız sessiyasında ilk dəfə olaraq Azərbaycanda gender bərabərliyinin təmin olunmasının vəziyyətinə dair, hesabatla çıxış edəcəyik.
25 Avqust 2020 12:43 SosialBu il Milli Məclisin payız sessiyasında ilk dəfə olaraq Azərbaycanda gender bərabərliyinin təmin olunmasının vəziyyətinə dair, hesabatla çıxış edəcəyik. "Olaylar" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri bildirib ki, bu hesabata çox ciddi hazırlaşılır: "Nailiyyətlərimiz çoxdur, amma müəyyən problemlərimiz də var. Biz bu problemləri səsləndirməklə həm cəmiyyətin diqqətini buna yönəldəcəyik, həm də müəyyən qanunverici təşəbbüslərimiz olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31