İsa Həbibbəyli "nəvə toyu"nda iştirak etməyib- Naxçıvanda olub
25 Avqust 2020 12:24 SosialSosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir. "Olaylar" xəbər verir ki, bu haqda AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi açıqlama yayıb: "Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana getmiş, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olmuşdur. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalmışdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31