Rüşvətə görə saxlanılan məmurun həbs müddəti uzadıldı

 Binəqədi Rayon Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi - Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Binəqədi Rayon Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi - Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb."Olaylar"ın məlumatına görə, hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqdimat təmin edilib və onun barəsində olan həbs müddəti uzadılıb.

Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P. İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31