Bu gün Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən 3506 namizəd imtahan verəcək
Avqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur.
25 Avqust 2020 12:08 SosialAvqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur.
Olaylar.az bildirir ki, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31