Lotu Qulinin qatili ilə bağlı Yeni Faktlar
Bir müddət əvvəl qətlə yetirilmiş kriminal lider Nadir Səlifovun ("Lotu Quli") qatili Xaqan Zeynalov ("Xan Bakinski") haqda yeni təfərrüatlar məlum olub.
25 Avqust 2020 10:10 SosialBir müddət əvvəl qətlə yetirilmiş kriminal lider Nadir Səlifovun ("Lotu Quli") qatili Xaqan Zeynalov ("Xan Bakinski") haqda yeni təfərrüatlar məlum olub.
1995-ci il təvəllüdlü Xaqan Zeynalov Bakının Bayıl qəsəbəsində böyüyüb.
"Xan"ın uşaqlığı Aqil Quliyev küçəsində yerləşən məşhur "Generalskiy dvor"da keçib.
Məlumata görə, ailədə iki uşaq olub. Xaqanın özündən başqa böyük bacısı var. Mənbə Xaqanın daha sonradan ailəsi ilə birlikdə Əhmədli qəsəbəsinə köçdüyünü bildirib.
Əlavə edək ki, Bayıl qəsəbəsindəki məşhur "Generalskiy dvor"da müxtəlif illərdə nazirlər, universitet rektorları və tanınmış sənətçilər də yaşayıb.(qazet.az)