Məşhur aparıcı İstefa Verdi
ürkiyənin “FOX” Televiziyasının siması, qalmaqallı teleaparıcı Fatih Portakal istefa verib.
24 Avqust 2020 16:12 SosialTürkiyənin "FOX" Televiziyasının siması, qalmaqallı teleaparıcı Fatih Portakal istefa verib.
Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı bu qərarının səbəbi olaraq "yorğunluğunu" göstərib:
"Hər şeydən öncə sağlamlıq, istirahət və hüzur gəlir. Ailə isə insanın yaşam mənbəyidir. Ona görə də bu qərara gəldim".
Telekanalın rəhbəri Doğan Şentürk Fatih Portakalı fikrindən daşındırmağa çalışdığını açıqlayıb. Lakin aparıcı qətiyyətlə "artıq yoruldum. Özümü təkrarlamağa başlamışam. Mən daha jurnalist kimi işləməyəcəyəm, təqaüdə çıxmaq istəyirəm" cavabını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31