Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO
9 İyul 2020 09:57 SosialAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.
Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.
COVID-19 sahəsində çalışan xarici mütəxəssislər Azərbaycana gəlibİlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMAİlham Əliyev əfv sərəncamı imzaladıSəfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Теги: mütəxəssislər Azərbaycan Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargah