Amerikada "İllinoys Azərbaycan Xeyriyyə Cəmiyyəti" təsis edilib

Amerikada "İllinoys Azərbaycan Xeyriyyə Cəmiyyəti" təsis edilib

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sırasına yeni bir təşkilat da qoşulub. "OLAYLAR" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Illinoys ştatında təsis olunan "İllinoys Azərbaycan Xeyriyyə Cəmiyyəti" ABŞ qanunlarına əsasən rəsmi qeydiyyatdan keçib. Cəmiyyət uzun illərdir Birləşmiş Ştatlarda yaşayan soydaşımız Teymur Mehmandarovun təşəbbüsü ilə yaradılıb. Bu addımla o, İllinoys Ştatında yaşayan həmvətənlərimizi bir cəmiyyəttin ətrafında birləşdirib. COVID-19 pandemiyası dövründə sosial şəbəkədə "Təşəbbüs" qrupu yaradan cəmiyyət rəhbəri Azərbaycan icmasını bir araya gətirən tədbirlər həyata keçirib.

İyulun 4-də isə cəmiyyətin 50-yə yaxın üzvü Des Plainsın "West Park" istirahət məkanında ABŞ-nın müstəqillik gününü təntənə ilə qeyd ediblər.

Xatırladaq ki, yerli qaydalara görə Des Plainsda pandemiya dövründə 50 nəfərədək insanın bir yerə toplaşmasına icazə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31