Nazirlikdən Baş Epidemioloqun istefası ilə bağlı AÇIQLAMA
8 İyul 2020 14:55 SosialSəhiyyə Nazirliyi Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin vəzifədən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Baş epidemioloq İbadulla Ağayev öz ərizəsi əsasında vəzifəsindən azad edilib:
"İ.Ağayev Səhiyyə Nazirliyində ictimai əsaslarla çalışırdı. İşdən azad olunması üçün ərizə yazıb. Öz istəyinə uyğun olaraq, tutduğu vəzifəsindən azad olunub. Hələlik həkimin yerinə heç bir təyinat yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31