Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi yerili icmaları dəstəkləyir
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi yerili icmaları dəstəkləyir
8 İyul 2020 13:40 SosialBeynəlalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi 'Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi' layihəsi çərçivəsində yerli icmaları dəstəkləyir. Təşkilatın Bakı ofisindən "OLAYLAR"-a bildirilib ki, bu fəaliyyət çərçivəsində Zaqatala və Quba rayonlarında yaşayan layihə benefisiarları meyvə qurudan avadanlıq ilə təmin edilmişdir. Bu dəstək məhsulun keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda həm benefisiarlar, həm də icmadakı fermerlərin gəlirlərinin artmasına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, BMqT-nin Azərbycan nümayəndəliyi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə 'Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi' layihəsini həyata keçirirdi. Layihənin məqsədi həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılmasıdır. Layihə çərçivəsində həssas icmalara dəstək məqsədi ilə ilk öncə icmalar tərəfindən müəyyənləşdirilmiş şəxslərə kiçik biznesin inkişafı təlimləri keçilmişdir. Təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyin göstərilməsi vasitəsi ilə hədəf qrupları arasında özünüməşğulluq imkanlarının artırılması həyata keçirilib.