Paytaxtda narkotik alverçisi saxlanıb

Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü M. Həsənov saxlanılıb.

Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb. "Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü M. Həsənov saxlanılıb. Ondan 0, 254 qram heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31