5 nəfərdən artıq toplaşmaq qadağandır

Azərbaycanda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan olunub.

Xatırladaq ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə GoranboyGöygöl və Mingəçevir şəhərləri, BərdəXaçmazSamuxSiyəzən və Şəki rayonları daxil olmaqla, BakıCəlilabad, Gəncə, LənkəranMasallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31