Deputat vətəndaşlarla danışdı və çağırış etdi
1 İyul 2020 15:07 SosialMilli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 4 gündə 200-dən çox vətəndaşla onlayn şəkildə görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.
Qənirə Paşayevanın köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib. Millət vəkili həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib və bunların bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların istəkləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciətlər göndərilib.
Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları virusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.