Pərvin nalayiq söz işlətdi, canlı yayımı dayandırıb... - "Əsəbləşdim"
1 İyul 2020 13:58 SosialMəşhur aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açaraq haqqında yayılan rəqs videosuna münasibət bildirərkən xoşagəlməz hal yaşayıb.
Sosial şəbəkə istifadəçiləri Pərvin Abıyevanının qara rəngli zolaqlı paltarını erməni bayrağına oxşadıblar.
Bundan əsəbləşən aktrisa nalayiq sözlər işlədib.
O, şəbəkə izləyicisinə "Gözü ilə görür, amma deyir ki, belədir. Erməni bayrağı buna oxşayır? Ermənipərəst özünüzsünüz!" - deyə, cavab verib.
Aktrisa daha sonra İnstaqram izləyicilərindən üzr istəyərək canlı yayımı dayandırıb: "Əsəbləşdim və nalayiq sözlər işlətdim. Buna görə yaxşı insanlardan üzr istəyirəm".

teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31