"Təhsiliniz Gələcəyimizdir" layihəsi bu dəfə Ağcabədidə

"ASAN xidmət" və "Rabitəbank" ASC-nin birgə təşəbbüsü ilə reallaşdırılan "Təhsiliniz Gələcəyimizdir" layihəsi davam edir.  Olaylar. az bildorir ki, sosial təşəbbüs çərçivəsində uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə bu dəfə "Acer" şirkətinin dəstəyi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin Mişni obasında  həssas əhali qrupuna aid edilən ailələrinin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.

Layihənin məqsədi şagirdlər üçün fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.

Hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31