250 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
23 İyun 2020 15:15 SosialRusiya Federasiyasında olan daha 250 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycana keçiblər.
Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.
Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31