Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
23 İyun 2020 14:06 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Actros" markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin salonunda oturacaqların altında və mühərrikində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 25 adda 6953 ədəd həb, 325 ədəd kapsul, 4 ədəd şüşə, 2 ədəd plastik qablaşdırmada olan dərman preparatları və 16 qutu tibbi ləvazimat aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31