Gömrükdə dərman preparatları və siqaretlər tutuldu

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin və dərman preparatlarının bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan "Olaylar"a verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb. Belə ki, gömrük baxışı zamanı, Türkiyə Respublikasından gələn "DAF" markalı yük avtomobilinin salonunda 1400 ədəd "Marlbro" markalı siqaret, Gürcüstandan gələn "Mercedes Benz Actros" markalı yük avtomobilinin qoşqusunun sandığında isə 114 ədəd üzərində "AMGEN Neupogen 30 MU pre-fılled syringe" yazılan içi məhlulla dolu şpris və 10 ədəd üzərində "Cetrotide 250 meg" yazılan şpris və dərmandan ibarət qutu aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31