Kürdə batan gəncin meytiti tapılıb
23 İyun 2020 12:46 SosialKür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31