Millət vəkili seçicilərinə çağırış etdi

Mİllət vəkili İqbal Məmmədov seçicilərinə müraciət edib. "Olaylar" xəbər verir ki, deputatın sosial şəbəkədə paylaşdığı müraciətdə bildirilir ki, təmsil etdiyi Lerik rayonunun problemlərinin həll olunması üçün əlindən gələni edir: "Millət vəkili olaraq, rayonumuzla bağlı problemlərin həllinin sorumlularının əsaslarından biri olaraq bu işin nə qədər məsuliyyətli və şərəfli olduğunu bilərək və bunlarla bağlı hər bir tənqidə dözümlü olub onların həllindən ötrü fəaliyyət borcum olaraq calışıram. Amma heç bir vətəndaşa icazə verilməyib ki, problemlərlə əlaqədar şəxsiyyət təhqir olunsun. Çox təəssüf edirəm ki, özünü dırnaqarası Leriksevər adlandırıb, problemləri əsas gətirərək bir şey qoparmaq həvəsiylə reketlik edərək leriklilər adından danışmaq istəyənlər var. Lerikə heç bir adiyyəti olmayan pis niyyətli insanlara qarşı siyasi baxışlarından asılı olmayaraq bütün Lerik sevərləri rayonumuzun inkişafi naminə bir olmağa cağırıram. Bədbin niyyətli şəxslərin lazımı cavabını vaxtında verməyi sizlərdən xahiş edirəm"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31