Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu
22 İyun 2020 19:20 SosialMərhum xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayev koronavirusa yoluxub.
Minval.info-ya bu barədə S.Mustafayevin yaxınları məlumat verib. Onlar bildiriblər ki, xalq artistinin oğlu hazırda müalicə alır.
Qeyd edək ki, xalq artisti Teymur Mustafayev iyunun 11-də vəfat edib. TƏBİB-dən onun koronavirusdan vəfat etdiyi bildirilsə də, ailəsi sənətkarın şəkərli diabetdən öldüyünü açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31