Daha 4 rayona yeni prokuror təyin edildi
22 İyun 2020 16:16 SosialAzərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Baş Prokurorluğunun Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31