Jurnalistlərlə bağlı Operativ Qərargahla DANIŞIQLAR APARILIR
22 İyun 2020 15:25 Sosial"Azərbaycan Mətbuat Şurası əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıqlar aparıb".
Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib:
"Fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb. KİV-lərin tələb olunan əməkdaşlarının hərəkətinə, onlar barəsində məlumatların "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir. Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir. O da məlumdur ki, Azərbaycanda əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlər var. Onlar müxtəlif KİV-lər üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər. Ölkəmizdəki bütün növ KİV-lərdə bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb. Ümüd edirik ki, məsələ tezliklə müsbət həllini tapacaq".
APA.az