ŞAD XƏBƏR: Korona zəifləyir və peyvəndsiz məhv olacaq - Proqnoz
22 İyun 2020 11:15 SosialKoronavirus zəifləyəcək və tezliklə peyvəndə ehtiyac olmadan öz-özünə yox olacaq.
Axar.az xəbər verir ki, bunu İtaliyanın San-Martino xəstəxanasının infeksion şöbəsinin rəhbəri Matteo Bassetti deyib.
O, mart-aprel aylarında koronavirusun aqressiv pələngə bənzədiyini, indi onun vəhşi pişiyə oxşadığını bildirib:
"Koronavirus daha az təhlükəlidir və tezliklə o qədər zəifləyəcək ki, peyvənd tətbiq etmədən öz-özünə məhv olacaq. Virus ciddi formada dəyişir. İndi pasiyentlər rahat şəkildə infeksiyanın simptomlarını keçirirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31