Milli Məclisin iclası təxirə salındı

Milli Məclisin növbədənkənar sessiyasının sabah keçiriləcək  iclası təxirə salınıb. Bu barədə "Olaylar"a  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumatda  bildirilib ki, Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı iyunun 21-də götürülmüş test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq. Qeyd olunub ki, Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31