DYP: "Bakıya və rayonlara getmək istəyən 900 avtomobil geri qaytarılıb"

Karantin tətbiq edilən ilk gündə postlardan 900 avtomobil geri qaytarılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb. K.Əliyev qeyd edib ki, iyunun 21-22-dək ölkə ərazisində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə, 1 440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə, 132 nəfər olmaqla ümumilikdə 1 572 nəfər inizibati məsuliyyətə cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31