AQTA əməkdaşları daha 421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

AQTA əməkdaşları daha 421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. "OLAYLAR"-a Agentlikdən bildirilib ki,  AQTA əməkdaşları tərəfindən 20 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 207 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 421 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 100-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31