Pərvin qalmaqallı videosundan danışdı: “Elə bil məni kişi ilə tutmusunuz”
22 İyun 2020 08:43 Sosial"Elə bil məni kişiylə tutmusunuz. Qız qızla oynayar. Bunun günahı videonu çəkib yayanın boynundadır. Hamı əylənir. Sadəcə, məşhuram deyə yayılır və səs salır".
Oxu.Az xəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva "Instaqram"da açdığı canlı yayımda deyib.
Aktrisa bir neçə həftə əvvəl rəfiqəsi ilə birgə ad günü məclisində çəkilən və daha sonra sosial mediada yayılan qalmaqallı rəqs videosundan söz açıb:
Neqativ yazanlar məni qocaltdı. İçki içəndə əhvalın düzəlir və özünü necə istəyirsən, aparırsan. Siz başınıza hicab taxıb içirsiz? İçib, özümü necə istəyirəm aparıram. Kimsə kənardan çəkirsə, özü bilər. Hamımızın başına gələ bilər. Tanınmışam deyə məndə gündəm olur. Mən də normal insanlar kimi əylənmək, sıradan biri kimi yaşamaq istəyirəm. Heç kimin həyatı tam ideal deyil. Hamının dərdi var. Allah bir yandan alanda, bir yandan verir. Hərə özünə cavabdehdir, mən də özümə".